"Bir aya bütün məsələlər tam aydınlaşacaq”

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının qatılacağı “Boris Yeltsin Kuboku”nun tarixi müəyyənləşib. 2003-cü ildən ənənəvi keçirilən yarışa 6 dəfə qatılan millimiz 2 dəfə bürünc mükafatçı olub. 

Newsport.az-ın məlumatına görə, sentyabrda təşkil olunacağı öncədən bəlli olan yarış ayın 19-da start götürüb, 24-dək davam edəcək.
 
Bunu yarışın təşkilatçısı olan “Uraloçka” klubunun baş direktoru Valentina Oqienko açıqlayıb. O bildirib ki, turnir üçün təqvimdə də yer ayrılıb: “Olimpiya ili olduğundan təqvim çox sıxdı və turnirin yayda keçirilməsi mümkün deyil. Lakin təqvimdə sentyabrın 19-dan 24-dək “pəncərə” var.

Bu da məhz bizim yarış üçün saxlanılıb. Elə biz də turniri bu müddətdə keçirəcəyik. Lakin iştirakçıların sayı tam dəqiqləşməyib. Dominikan Respublikası, Azərbaycan milliləri yarışa qatılacaq. Rusiya yığmasının adı altında isə “Uraloçka” çıxış edəcək. Bir aya bütün məsələlər tam aydınlaşacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right