Yamaykalı atlet Kemar Bailey-Cole "zika" virusuna yoluxdu

Yamaykalı atlet Kemar Bailey-Cole "zika" virusuna yoluxub. 2012 London Olimpiadasının qalibi Kemar Bailey-Cole özü açıqlama verib.

Newsport.az-ın məlumatına görə, əvvəlcə boynunda şiş əmələ gələn idmançı həkimə müraciət edib və müəyyən olunub ki, zika virusuna yoluxub.

Kemar Bailey-Cole bildirib ki, ilk günlərdə virusa yoluxduğundan xəbəri olmayıb:" Əvvəlcə belimdə və əzələlərimdə ağrılar yarandı. Elə bilirdim ki, bütün bunlar məşqdən olur. Sonra boynumda şiş olduğunu hiss etdim və həkimə müraciət etməli oldum"

Yamaykalı idmançı qısa zamanda sağalmaq ehtimalının olmadığını bildirib:" Həkimlər nə lazımdır etdilər. Amma dəyişən tək şey ağrıların azalmasıdır. Əvəzində isə gözlərim yanır, bədənimdə də qızartılar var"

Brazilyada geniş yayılmış virusa görə bir çox idmançılar 2016-cı ildə keçiriləcək Rio Yay Olimpia oyunlarından imtina edib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right