Cüdoçularımız AÇ-də daha 4 medal qazandılar

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın üçüncü günü aktivinə daha 4 medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Vuqar Budaqov qızıl medala sahib olub.

+100 kq çəki dərəcəsində çıxış edən Zaur Bağırov millimizə Avropa çempionatında növbəti qızıl medalı qazandırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zaur Paşayev isə bürünc medala sahib olub.

70 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz Zülfiyyə Hüseynovanın da çıxışı uğurlu alınıb. Hüseynova millimizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Xatırladaq ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan millisi 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right