Boks yığmamız "Rio-2016"da tam heyətlə təmsil olunacaq

Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Newsport.az-ın məlumatına görə, Buna Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.

Azərbaycanlı boksçunun 1/4 finalda məğlub olduğu İrlandiya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilovun görüşə çıxmaqdan imtina etməsi səbəbindən 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Nəticədə Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.

Bununla da Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq. Bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu. İndi isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyamızı Anna Alekseyevna qazanıb. Boks yığmamızın bu uğuru güləş millisindən sonra ikinci belə nailiyyətdir. Fərq yalnız güləşdə daha az çəki dərəcəsində lisenziya qazanmağımızdır.

Bakıdakı boks turnirinə isə bu gün yekun vurulacaq. Finalda artıq Rio-2016-ya yüksələn iki təmsilçimiz yarışacaq. Finalda Rüfət Hüseynov ispaniyalı Samuel Karmona, Teymur Məmmədov isə almaniyalı Serge Mixellə üz-üzə gələcək .





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right