Daha iki cüdoçumuz Avropa çempionatında medal qazandı

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görəAzərbaycan milli komandası yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəkidəki Müşfiq Cəfərov isə gümüş medala sahib olub.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right