Cüdoçumuz Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına strat verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right