Azərbaycan İran və ABŞ-a məğlub oldu

ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edir. 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayır.

Təəssüf ki, güləşçilərimizin İran və ABŞ yığmaları ilə görüşləri çox uğursuz alınıb. Millimiz hər iki görüşdə məğlubiyyətlə üzləşib.
 
Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.

İran - AZƏRBAYCAN 5:3
57 kq - Hassan Rahimi - Mahmud Məhəmmədov 11:1
61 kq - Behnam Ehsanpur - Əhmədnəbi Qvarzatilov 2*:2
65 kq - Meysam Nasiri - Məhəmməd Müslümov 7:6
70 kq - Mostafa Hosseinxani - Hacımurad Ömərov 3:6
74 kq - Hassan Yazdaniçarati - Əşrəf Əliyev 9:5
86 kq - Alireza Karimimaçiani - Aleksandr Qostiyev 2:5
97 kq - Abbas Tahan - Aslanbek Alborov 0:2
125 kq - Komeil Qasemi - Səid Həmidov 5:4

AZƏRBAYCAN - ABŞ 0:8
57 kq - Mahmud Məhəmmədov - Daniel Dennis-Kengot 0:10
61 kq - Əhmədnəbi Qvarzatilov - Antoni Ramos 4:10
65 kq - Məhəmməd Müslümov - Frank Molinaro 1:4
70 kq - Hacımurad Ömərov - Ceyms Qrin 0:10
74 kq - Əşrəf Əliyev - Aleksandr Dieringer 0:8
86 kq - Aleksandr Qostiyev - Michael Cox 2:3
97 kq - Aslanbek Alborov - Frederik Snider 1:2
125 kq - Səid Həmidov - Yakob Varner 0:10





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right