Azərbaycan millisi Qəbələdə hazırlığa başlayır

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqlərə başlayır.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizin kişi şahmatçılardan ibarət əsas komandasını qəbul edib.

Görüşdə paytaxtımızın ev sahibliyi edəcəyi Bakı Şahmat Olimpiadasına milli komandanın hazırlıq planından söhbət açılıb. AŞF-nin prezidenti Elman Rüstəmov mötəbər yarışa hazırlıq üçün şahmatçılara lazımi şəraitin yaradılacağını söyləyib. Federasiya rəhbəri qeyd edib ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi xalqımızı daim qələbələrlə sevindirib. Bildirilib ki, Ümumdünya Şahmat Olimpiadasında da komandaya böyük ümid bəslənilir.

Görüşdən sonra kişi şahmatçılardan ibarət Azərbaycan millisi  - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədov təlim-məşq toplanışında iştirak etmək üçün Qəbələyə yollanıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, kişi şahmatçılardan ibarət əsas milli komanda mötəbər yarışa hazırlıq çərçivəsində 3 təlim-məşq toplanışında iştirak edəcək. İlk hazırlıq mərhələsi Qəbələdən başlayır. Burada Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right