Dünya Kuboku üçün 10 güləşçi

1-12 iyun 2016-cı il tarixdə ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edəcək.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayacaq.

Yarışda yığma komandanın məşqçisi Sadruddin Ayqubovun rəhbərliyi altında 10 güləşçi iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı azərbaycanlı sərbəst güləşçilər üçüncü sırada tamamlamışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right