Daniel Rikkardo: Bakıya səfərimizi gözləyirəm

"Red Bull Racing" komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Bakıda keçiriləcək ilk Formula 1 yarışını səbirsizliklə gözləyirlər.

Newsport.az-ın məlumatına görə, 17-19 iyun tarixlərində Azərbaycan ilk dəfə olaraq 2016 Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edəcək.

“Bakıya səfərimizi gözləyirəm”. Bunu Daniel bildirib. “Yeni trek hər bir pilot üçün böyük bir mübarizədir. Şəhər treki olması isə məni daha çox sevindirir. Şəhərin fotolarını görmüşəm: düşünürəm çox xoşuma gələcək. Bakı mənə Budapeşti xatırladır (Macarıstan Qran Prisinin keçirildiyi şəhər)”.

Maksin atası Yos Ferstappen Bakıda GT3 yarışlarında iştirak edib. “Atam 2012-ci ildə Bakıda keçirilmiş GT3 yarışlarında iştirak edib”, – İspaniya Qran Prisinin qalibi Maks Ferstappen müsahibəsində bildirib. “Mən həmin yarışlara canlı yayımda baxmışam və deyə bilərəm ki, bizim yarışacağımız trekin bəzi hissələri çox oxşardır. Atam şəhər haqqında xoş təəssüratlarını mənimlə paylaşıb, buna görə səbirsizliklə Bakıya gələcəyimiz günü gözləyirəm.  Şəhər treklərində uzun düzlük olur və bu bolidin ayarlarında əlavə çətinliklər yaradır.  Şəhər treklərində həmçinin asfalta yatma qüvvəsi lazım olur, lakin uzun düzlük bolidin ayarlarında bizi güzəştə getməyə məcbur edir. 
Bütün pilotlar və komandalar hər şeyə sıfırdan başlayacaqlar. Yeni ölkələri və avtodromları kəşf etmək hər zaman maraqlı olub”. (BCC)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right