Avropa Kubokunun ilk günündə 2 medal

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna strart verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günü aktivinə 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elbrus Zamanov bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə isə Azərbaycan dueli reallaşıb. Bu çəkidə çıxış edən millimizin cüdoçuları – Telman Vəliyev və Hudayət Heydərov qarşı-qarşıya gəlib. Azərbyacan dulenin qalibi Vəliyev olub. Heydərov isə turnirə 5-ci yerdə yekun vurub.

Digər təmsilçimiz Oruc Vəlizadə də Avropa Kubokunda 5-ci olub.

Qeyd edək ki, 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right