Rauf Məmmədov: Eltacla oyunumuz bərabər səviyyədə oldu

Shamkir Chess 2016 turnirinin 3-cü turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərli heç-heçə oynayıb.

Newsport.az-ın məlumatına görə, partiyadan sonra Rauf Məmmədov oyun haqda fikirlərini bildirib:

"Eltacla görüşümüz sönük oldu. Bir-birimizi yaxşı tanıdığımızdan mübarizə görsənmədi. Heç-heçə normal nəticədir. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi".

Rauf Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: "Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdır. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da medal qazanmayıb. Sonuncu Tromsö olimpiadasında belə oldu. Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidir. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right