AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı olub

 Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bu ilin iyununda Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

Newsport.az-ın məlumatına görə, sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Azərbaycanın rəsmi informasiya agentliyi olan AZƏRTAC ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikdir və Formula 1 Avropa Qran Prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. 17-19 iyun tarixlərində keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. Bundan əlavə, AZƏRTAC yarışla bağlı Azərbaycan dilində videoxəbərlər də hazırlayır. Qran Pri yarışı ilə bağlı bütün bu xəbərlər, foto və videomateriallar AZƏRTAC-ın saytında yaradılacaq “Formula 1” bölməsində yerləşdiriləcək.

AZƏRTAC yarışlara hazırlıq prosesindən, bu çərçivədə təşkil olunan müxtəlif tədbirlərdən xəbərlər, reportajlar hazırlamaqla Qran Pri yarışını həm ölkə daxilində, həm də üzv olduğu informasiya alyansları və tərəfdaş olduğu agentliklər vasitəsilə beynəlxalq aləmdə geniş təbliğ edir.

Rəsmi media tərəfdaşlığı ilə bağlı sazişin imzalanmasına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Biz çox şadıq ki, 1 əsrə yaxın tarixi olan  Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə bu il ilk dəfə baş tutacaq Formula 1 Avropa Qran Prisi haqqında geniş miqyasda məlumatlılığın artırılmasına dair əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən AZƏRTAC ölkə daxilində və xaricdə sahib olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək Formula 1 yarışını bütün dünyada ötürəcək. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right