Cüdoçularımızdan Polşada 7 medal

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan cüdoçuları mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Rövşən Əliyev (-50kq), Vüsal İbrahimov (-55 kq) və Şəfəq Həmidova (-44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (-50kq), Əhməd Yusifov (-55kq), Paşa Əliyev (-66kq) və Şəhanə Hacıyeva (-44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər. Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right