AZAL-la “Kəpəz”in aşkar fərqi (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 11-cı yazısı

Premyer Liqanın 2016/17 mövsümünün bir sıra statistik göstəricilərini diqqətinizə çatdırmışıq. Nizam-İntizam Komitəsinin tətbiq etdiyi cəzalara, komandaların aldığı vərəqələrə, topladıqları azarkeş sayına, hakimlərin idarəçiliyinə ayrı-ayrılıqda yazı həsr etmişik. Bu yazıda isə yerdə qalan statistik məqamları işıqlandıracağıq.

“Qarabağ” 

Çempion mövsüm boyunca 26 futbolçunun xidmətindən yararlanıb. Miçel Qurban Qurbanovun vazkeçilməz oyunçusu olub. 25 oyunda 1943 dəqiqə meydanda tər tökən ispan 4 qola imza atıb. Komandanın bombardiri Dino Ndlovu (1761) və artıq “Qarabağ”dan ayrılmış Muarem Muarem (1313) dayaq yarımmüdafiəçisindən 2 oyun az keçirib. Kamerunlu hücumçu 10 dəfə rəqib qapıçıları məyus edib. Makedon isə 4 dəfə fərqlənib. 4 futbolçu – Ansi Aqolli (1813), Coşqun Diniyev (1441), Əfran İsmayılov (1003), Mahir Mədətov (852) 21 qarşılaşmada qazona ayaq basıb. Coşqunla Əfran 1, Mahir isə 3 dəfə adını tabloya yazdırıb. Onlardan bir matç geridə Bədavi Hüseynov (1800), Maksim Medvedev (1717), Riçard Almeyda (1704), Qara Qarayev (1299) və Rahid Əmirquliyev (999) gəlir. Maksimlə Rahidin hesabında, Riçardda 2, Bədavidə isə 1 qol var. İbrahim Şehiç 19 oyunda “Qarabağ”ın qapısını qoruyub. Bosniyalı əlcək sahibi ümumilikdə 1710 dəqiqədə qapısında 9 top görüb. Mövsüm bitəndən sonra “Qəbələ”yə keçən İlqar Qurbanov 16 (1323) görüşdə 1 qol vurub. Dani Kintana zədələnənə qədər 15 (1184) qarşılaşmada 3 qola imza atıb. Rəşad Sadıqov 14 (1190) matçda kapitanlıq sarğısını qoluna taxıb. Elvin Yunuszadə 13 (1105) oyunda 1 dəfə fərqlənib. Ağabala Ramazanov 12 (647), Arif Daşdəmirov 11 (990) görüşə çıxıb. Qış fasiləsində “Adanaspor”a keçən Reynaldo ilk 2 dövrədə 10 (657) qarşılaşmada 4 qolun müəllifi olub. Həmin “transfer pəncərəsi”ndə “Neftçi”yə üz tutan Namiq Ələsgərov 8 (228) matçda iş başında olub. Şahruddin Məhəmmədəliyevə 7 (630) oyunda “çərçivə” etibar edilib və 3 top buraxıb. Boyan Şaranov isə 2 (180) görüşdə 2 qola üzülüb. Vüqar Nadirov (80) və Elşən Abdullayev (60) də 2 qarşılaşmada forma geyib. İkincinin hesabında 1 qol da var. Mövsümün əvvəllərində klubla yolları ayıran Əl-Hərbi Əl-Jadeyui 1 oyunda əvəzlənmədən mübarizə aparıb və həmin görüşdə 1 qol da vurub.

“Qəbələ”

Vitse-çempionun formasında 31 futbolçu oynamaq şansı əldə edib. Dmitri Bezotosnı (2430) və Filip Ozobiç (2275) 27 oyunla liderlik edib. Ukraynalı qolkiper 19 top buraxıbsa, Ozobiç 11 qolla çempionatın bombardiri olub. Vojislav Stankoviç 23 (204) görüşdə müdafiənin keşiyində durub. Rəşad Sadiqov (1423), Məhəmməd Mirzəbəyov (1401), Sergey Zenyov (1363) və Ruslan Qurbanov (1329) serbiyalı stopperdən 2 oyun az keçirib. Zenyov 6, Qurbanov 4 qolun müəllifi olub. Ürfan Abbasov (1634) və Asif Məmmədov (1463) 20 matçda Roman Qriqorçukun etimadını qazanıb. Məmmədov həm də 2 topa imza atıb. Qış fasiləsindən sonra əsas heyət üzvünə çevrilən Tellur Mütəllimov 17 (1370) oyunda 4 qol vurması diqqəti çəkir. Cavid Hüseynov (1007), Teo Uiks (976) və Baqali Dabo (882) ondan bir matç az keçirib. Uiks 2, Dabo isə 7 dəfə rəqibləri məyus edib. Vitali Vernidubla (1123) Nika Kvekveskiri (1092) 14 dəfə qazona ayaq basıb. “Tobol”a yollanan gürcü 2 dəfə qol sevinci də yaşayıb. Zədələndiyi üçün qışdan sonra oynamayan Elvin Camalov 13 (882) qarşılaşmada iş başında olub. Qış fasiləsində transfer edilən Daniel Subotiç 11 (701) matçda 3 dəfə toru silkələyib. Rikardinyo 10 (842) oyuna 1 qol sığdırıb. Rafael Santos (690) və Araz Abdullayevin (585) payına 9 görüş düşüb. Rəşad Eyyubov 8 (537) qarşılaşmada 2 dəfə adını tabloya yazdırıb. Rasim Ramaldanov (452) və Roman Hüseynov (270) 6 matça çıxıb. “Qəbələ” akademiyasının yetirməsi həm də 1 qol vurub. Murad Musayevlə (270) Petar Franyiç (205) 4, Qismət Alıyev (137) 3, David Pietrzkieviç (90), Ülvi İbazadə (90), Fərid Nəbiyev (45), Sadiq Quliyev (28) və Ramil Hasanova (19) cəmi oyunda şans verilib.

“İnter”

Bürünc medalın qazanılmasında 24 futbolçunun əməyi olub. Zaur Svanadze ən çox həmyerlisi Zurab Xizanişvili (2322) və Rauf Əliyevə (2036) güvənib – 26 görüş. Müdafiəçinin hesabına 3, Raufun hesabına isə 11 top yazılıb. 2 qol vuran Denis Silva (1966) onlardan 1 qarşılaşma geri qalıb. Fuad Bayramov (2156), İlkin Qırtımov (2127) və Nizami Hacıyev (1886) 24 matçda qalıb. Hacıyev 7, Qırtımov 2, Bayramov 1 qol vurub. Tərlan Quliyev (2002) Elnur Abdullayev (1793) və Pərdis Fərcad-Azad (1038) 23 oyunda “İnter”in uğuru üçün çalışıb. Abdullayev 1 qol da vurub. Səlahət Ağayev 22 oyun və ya 1980 dəqiqədə rəqiblərin 25 zərbəsinin qarşısını ala bilməyib. Adrian Skarlatakeylə (1373) Samir Zərgərov (510) 19 görüşdə göy-ağ formanı geyinib. Rumın müdafiəçi 1 dəfə rəqib qapıçını da məyus edib. Slavik Alxasov 18 (1486) və Abbas Hüseynov 15 (813) qarşılaşmada 1 topun müəllifi olub. Ağabala Ramazanov (1113), Ruslan Abışov (996) və Mirsahib Abbasov (739) 13 oyuna çıxıb. Ramazanov 4, Abışov 5 qol vurub. Sərtan Taşkın 11 (252), Məmməd Quliyev 7 (195), Orxan Sadıqlıyla (540) Mirhüseyn Seyidov (251) 6, Cabir Əmirli 2 (92), Murad Qayalı (17) və Qara Qarayev (13) isə 1 matçda oynayıb.

“Zirə”

Qışa qədər Adil Şükürov və qışdan sonra Ayxan Abbasovun rəhbərliyi altında çıxış edərək Avroliqaya vəsiqə qazanan Bakı klubuna 26 futbolçu kömək edib. Təmkin Xəlilzadə 26 (2246) qarşılaşmada 1 qola imza atıb. Milan Duriç 25 (1997) matçda 3 dəfə fərqlənib. Vüqar Mustafayev (1863) və Elvin Məmmədov (1707) oyunda forma geyinib. Vüqar 1, Elvin 3 dəfə fərqlənib. Yovan Krneta 23 (2070) görüşdə 2 dəfə rəqibləri məyus edib. Anar Nəzirov 22 (1964) qarşılaşmada bir o qədər top “yeyib”. Adil Nağıyev (1859, 1 qol), Viktor İbokoyi (1511, 2 qol) və Nurlan Novruzov (1324, 1 qol) qapıçıyla eyni sayda oyuna çıxıb. Migel Lorenso 20 (1713) oyun oynayıb. Sezar Meza Kolli 19 (1393) oyunda 4 qol vurub. Vüsal İsgəndərli 15 (251) matç keçirib. Gerhard Proqni 14 (1039) görüşdə 2 topun müəllifi olub. Cavid Tağıyev 12 (556) oyunda 1 qola imza atıb. Sadiq Quliyevlə (988) Riçard Qadze (888) ondan 1 oyun az keçirib. Hücumçu 3 qol da vurub. Akim Latifuyla (834) Aleksandr Şemonayev (611) 10, Tural Cəlilov (565), Amadu Sanqar (445) və Murad Səttarlı (259) 9, Kamal Bayramov 6 (465), Georgi Qaraziya 4 (46), Yasin Həmid 3 (9), Elgün Nəbiyev 2 (18), İlkin Muradov isə 1 (7) oyunda tər töküb.

“Sumqayıt”

Samir Abasov 1 mövsüm ərzində 26 futbolçuya oynamaq fürsəti verib. Onun ən çox şans verdiyi oyunçular Fərhad Vəliyev (2520) və Azər Salahlı (2283) olub. 28 görüşdə Vəliyev 35 top buraxıbsa, Salahlı 1 qol vurub. Vurğun Hüseynov (2430) və Mirabdulla Abbasov (1808) 27 oyun keçirib. Hücumçu 8 qolun müəllifi olub. Rail Məlikovla (2151) Bəxtiyar Həsənalızadə (2101, 1) 24 dəfə meydana çıxıb. Amil Yunanov (1395, 6 qol), Məhəmməd Qurbanov 22 (1614, 2 qol), Nicat Muxtarov 21 (1376, 1 qol), Xəyal Nəcəfov 19 (1339), Yusif Nəbiyev 18 (1331, 3 qol), Ayaz Mehdiyev 16 (1043), Seymur Əsədov 14 (587, 1 qol), Amit Quluzadə (1074, 1 qol) və Vaqif Cavadov (919, 3 qol) 13, Ehtiram Şahverdiyev 12 (675), Kamran Abdullazadəylə (691) Afşin İsmayılzadə (498) 10, Sergey Çernışev 9 (537, 1 qol), Fərhad Qıstarov 8 (599), Nasir Abilayev 6 (234), İbrahim Abednezhad 5 (249), Bəhlul Mustafazadə 4 (155), Süleyman Əhmədov 3 (73), Tural Bayramlı 2 (30), Vaquf Güləliyev (8) isə 1 qarşılaşmada “kimyaçılar”ın uğuru üçün tər töküb.

“Kəpəz”

Gəncə klubu futbolçu sarıdan qıtlıq yaşadı. “Kəpəz” mövsümboyu cəmi 23 oyunçunun xidmətindən yararlandı ki, bu da müqayisədə ən az göstəricidir. Jülyen Ebah 28 (2299) oyunda 6 qol vurub. Şəhriyar Rəhimov (2430), Orxan Əliyev (2344) və Serjinyo (2123) ondan 1 oyun az keçirib. Şəhriyarla Serjinyo 2, Orxan isə 1 qolun müəllifi olub. Kərim Diniyev 26 (2201) görüşə 3, Tural Axundov isə 25 (2044) qarşılaşmaya 5 topu adına yazdırıb. Renan Silva 24 (2152) matçda müdafiənin keşiyində durub. Dario Federikoyla (1850, 4 qol) Nicat Qurbanov (1054) 22 oyunda sarı-göy formanı geyinib. Azad Kərimov 21 (1171), Novruz Məmmədov 20 (1469), Vüqar Bəybalayev 19 (924), Ceyhun Cavadov 18 (715), Tadas Simaitislə (1530) Şəhriyar Əliyev (1468) 17, Tural Rzayev 16 (124), Tural Qürbətov 14 (410), Davud Kərimi 11 (990), Tural Nərimanov 4 (275), Əli Nuri 2 (27), Elcan Rəhimov 1 (10) oyunda iş başında olub. Bunlardan yalnız Şəhriyar 1 qol vurub. Simaitis qapısında 21, Davud isə 6 top görüb. Əli Səmədovla Emin Zamanov isə cəmi 1 dəqiqə Premyer Liqanın həyəcanını yaşayıb.

“Neftçi”

Tarixinin ən bərbad dönəmini keçirən flaqmanda 34 futbolçu meydana çıxıb. Rəhman Hacıyev 26 (1919) oyunla aşkar liderlik edib. “Bakı”nın yetirməsi bu müddət ərzində cəmi 3 qol vurub. Məqsəd İsayev 21 (1759), Edson Kastilyo (20 (1363), Cavid İmamverdiyev (19 (1281), Fəhmin Muradbəyli 18 (1043) və Tərzin Cahangirov 17 (1146) matçda ağ-qara formanı əyninə keçirib. Onlardan yalnız İmamverdiyev 2 qolun müəllifi olub. Elvin Bədəlov 15 (1143) matçda 1 topu hesabına yazıb. Boban Baykoviç 13 (1170) qarşılaşmada 19 qolun qarşısını ala bilməyib. Georgi Navalovski (1125), Jdenek Folprext (1066, 1 qol), Jayro (1045) da onunla eyni sayda görüşə çıxıb. Daniel Seqoviya (876, 4 qol), İqnasio Errera (843, 3 qol) və Uqo Barqas (329, 2 qol) onlardan 1, Namiq Ələsgərovla (912, 2 qol) Araz Abdullayev (847, 3 qol) isə 2 matç geri qalıb. Kiril Petrov (900), Dario Melnyak (874), Pavel Dreksa (850) və Kamal Qurbanov (545) 10 oyunda iş başında olub. Denilson Pereyra 9 (587) görüşə 1 qol sığdırıb. Ruslan Abışov (630), Krşevan Santini (675), Rahil Məmmədov (632), Murad Ağayev (538) və Katalin Tira (424) 8 oyuna çıxıb. Sonuncu həm də 1 qol vurub. Santini isə qapıda durduğu müddətdə 15 qol buraxıb. Onun həmkarı Maksim Vaylo isə 7 (585) görüşdə 8 top “yeyib”. Artıq haqq dünyasına qovuşan Jonas Pesalli (343) və Mahir Şükürov (299) da 7 oyuna çıxıb. “Sambaçı” çempionatımızda 1 qol da vurmağa imkan tapmışdı. Vançe Şikov 5 (446), Eltun Yaqublu 4 (272), Ruslan Qurbanov 3 (155), İbrahim Əliyev 2 (9), Orxan Qurbanlı isə 1 (1) oyunda özünü göstərib.

AZAL

Nə qədər qəribə səslənsə də, aşkar autsayder hamıdan çox – 35 futbolçunun gücünə bel bağlayıb. Ancaq kəmiyyət özüylə keyfiyyət gətirmədiyindən say çoxluğu heç bir effekt verməyib. Ruslan Əmircanovla (2076) Nuqzar Kvirtiya (1638) 26 oyun keçirib. Ruslan 2, Nuqzar 3 qola sevinib. Aqil Məmmədov 25 (2250) matçda 41 top buraxıb. Kapitan Emin Cəfərquliyev (2250) də 25 görüşə çıxıb. Röyal Nəcəfov 23 (1305), Kamil Hüseynov 22 (1980), Kamal Mirzəyev 21 (1663), Tural Hümbətovla (1443) Rəşad Abdullayev (1011, 2 qol) 17, İlqar Ələkbərovla (1395, 1 qol) Elnur Süleymanov (823) 16, Sadio Tounkara (1062) və Arkadi Qalperin (936) 13, Adan Koronadoyla David Canelidze (630) 12, Elşad Manafovla (844) Ruslan Nəsirli (575) 10, Vaqif Cavadov 9 (565, 1 qol), Qvanzav Maqomedov (685), Samir Məsimov (408), Eltun Hüseynov (398), Frank Madu (300, 1 qol) və Mirzağa Hüseynpur (143) 8, Omeqa Roberts (423), Mehdi Taouil (401) və Bəxtiyar Soltanov (381) 5, Qeyrət Əliyev (229) 4, Brayn Fok 3 (177), Rəşad Əzizli (180, -6 qol), Tagim Novruzov (133) və Şirməmməd Məmmədov (100) 2, Tərlan Qasımzadə (90, -3), Fuad Bayramov (90), Seyidrəzi Ağayev (90) və Renat Aşurov (62) 1 oyunda meydana çıxıb.

Stadionlar

2016/17 mövsümündə oyunlar 11 stadionda keçirilib. Arenalarda keçirilən görüşlərin və azarkeşlərin sayı belədir: Gəncə şəhər stadionu (14 oyun) – 113338 (azarkeş) Kapital Bank Arena (14) – 19872 Qəbələ şəhər stadionu (12) – 18900 Zirə Olimpiya İdman Kompleksinin stadionu (14) – 13800 Azərsun Arena (9) – 13050 Bakcell Arena (9) – 12900 İnter Arena (14) – 11484 Tofiq Bəhramov adına Respublika stadionu (2) – 8500 Əlincə Arena (7) – 7850 AZAL Arena (14) – 5130 Dalğa Arena (3) – 950

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah