Sumqayıt "ağ", Şüvəlan "üzüağ" Layihə

Azərbaycan Premyer Liqasının 16-cı turu üçün azarkeş sayı bəlli olub.

Newsport.az-ın məlumatına görə, geridə qalan turu ümumilikdə 4050 tamaşaçı izləyib. 

Turun ən çox azarkeş qeydə alınan matçı Sumqayıtda keçirilmiş və qalibin müəyyənləşmədiyi "Sumqayıt" - "İnter" (2:2) görüşü olub. Belə ki, 4 qolun vurulduğu matçı "Kapital Arena"dan 1300 tamaşaçı seyr edib.

Turun ikinci ən yaxşı göstəricisi isə Qəbələyə təsadüf edir. Turun mərkəzi matçı - "Qəbələ" - "Neftçi" qarşılaşmasını Qəbələ şəhər stadionundan 1200 tamaşaçı izləyib.

İki qırmızı vərəqə və bir qolun qeydə alındığı "Zirə" - "Kəpəz" matçında isə cəmi 900 azarkeş Zirə stadionundan bu oyunu izləyib.

Turun antirekordu isə yenə Şüvəlanda qeydə alınıb. Bir qayda olaraq hansı tur ki, AZAL ev oyunu keçirirsə həmin turda ən az tamaşaçı məhz "AZAL Arena"da görmək mümkün olur. AZAL-ın lider "Qarabağ"la keçirdiyi görüşü arenadan 650 tamaşaçı izləyib.

Ümumilikdə isə sıralama aşağıdakı kimidi:

"Sumqayıt" - "İnter" - 1300 tamaşaçı

"Qəbələ" - "Neftçi" - 1200 tamaşaçı

"Zirə" - "Kəpəz" - 900 tamaşaçı

AZAL - "Qarabağ" - 650 tamaşaçı

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz