"Enginet" liderliyini qorudu, "Bakı"dan vacib qələbə Layihə

Hazırda Azərbaycan Premyer Liqası və I divizionm klubları qış fasiləsindədi. Ölkə daxili yarışlar arasında fasiləsiz davam edən yeganə çempionat həvəskar komandaların çıxış etdiyi həvəskarlar liqasıdı. Hansı ki, həmin çempionatda Premyer Liqada çıxış etmiş "Bakı" da mübarizə aparır.

Ötən gün həvəskarlar arasında 19-cu Azərbaycan çempionatın 7-ci turu çərçivəsində 6 oyun keçirildi.

Belə ki, "İnter Arena"nın dördüncü meydançasında 3, ikinci meydançasında isə 2 oyun baş tutub. Digər qarşılaşma isə "Bakı"nın öz meydanında keçirilib.

Turnir cədvəlinin lideri "Enginet" komandası öz meydanında "Astaraçay"la qarşılaşıb. 100-ə yaxın azarkeşin izlədiyi matçın ilk yarısında hesab açılmayıb.

İkinci hissəyə də üstün başlayan "Enginet"in futbolçuları bunun məntiqi nəticəsi kimi hissənin əvvəlində hesabı açmağa müvəffəq olub. Daha sonra iki dəfə də rəqib qapısına yol tapan Keşlə təmsilçisi 3 xalı aktivinə yazdıran tərəf olub - 3:0.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Bakı" isə digər iddialı komanda "Tufan"la qarşılaşıb. Gərgin keçən matçda "zolaqlılar" qələbəni bayram edən tərəf olub - 3:2.

Günün digər maraqlı qarşılaşması "Caspian"la "Cəfəri" arasında keçirilib. İlk hissəni qlib qapayan"Cəfəri"klubu ikinci hissədə azlıqda qaldıqdan sonra 2 qol buraxaraq məğlubiyyətlə ülzəşib.

Ümumilikdə baş tutan 6 görüşün heç birində heç-heçə qeydə alınmayıb. 

Qeyd edək ki, "Enginet" qazandığı növbəti qələbə ilə liderdi. "Bakı" isə ikinci pillədə qərarlaşıb.

15 Yanvar (Bazar)

1. 17:00 Western - Hövsan st. İnter arena 4cü meydan - 0:3

2. 18:30 Caspian - Cəfəri st. İnter arena 4cü meydan - 2:1

3. 20:00 Enginet - Astaraçay st. İnter aren 4cü meydan - 3:0

4. 13:30 Şəfa - Balaxanı st. İnter aren 2ci meydan - 1:2

5. 15:00 Liman - Hövsan OFK st. İnter aren 2ci meydan 6:3

6. 14:00 Bakı - Tufan st. Bakı TMB (Delfin) 3:2

İdmanxeber.com

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right