Dabo və Rauf Əliyevin son dəqiqə "partlayışı" Layihə

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümündə qış fasiləsi yaranıb.

 TPL-də geridə qalan 14 tur ərzində qeydə alınmış maraqlı statistik məlumatlarla sizi yaxından tanış edir.

Bu dəfə 14 tur ərzində "dubl" və "het-trik" edərək komandasına 3 xal qazandıran futbolçulardan bəhs edəcəyik.

Beləliklə...

Abışovla başlayan ənənə

Ruslan Abışov (“İnter”) – TPL-in ilk turunun mərkəzi görüşündə “İnter” “Qarabağ”ı qonaq edirdi. İlk hissəsi 0:1 hesabı ilə Ağdam klubunun xeyrinə bitdiyi matçın ikinci yarısında “bankirlər” Abışovun vurduğu 2 qolla 3 xalı aktivinə yazdıran tərəf olub.

Baqalı Dabo (“Qəbələ”) – Bu ilki hədəfi çempionluq olan “Qəbələ” 3-cü turda “Sumqayıt”la ev oyununda az qala 3 xalı əldən verirdi ki, səhnəyə “qırmızı qaralar”ın forvardı Baqali Dabo çıxdı. Təcrübəli hücumçu görüşün sonuna 5 dəqiqə qalmış dubl edərək komandasının zirvə yarışından qopmamasına zəmin yaratdı.

Gerhard Proqni (“Zirə): Ötən mövsümün gümüş medalçısı “Zirə” AZAL-la oyunda çətinliklə üzləşsə də, “qartallar”ın albaniyalı yarımmüdafiəçisi Proqni rəqib qapısından keçirdiyi 2 qolla görüşə damğasını vurdu.

Reynaldo & Medvedev (“Qarabağ”): Çempionatın ən zəif komandası sayılan AZAL “Qarabağ”la görüşdə qapısında 6 qol gördü. Sözügedən matçda Reynaldo və Maksim Medvedev hərəyə iki qol vuraraq darmadağında pay sahibi oldular.

Masazırdakı “partlayış”

Dabo “het-trik”, Qurbanov “dubl” (“Qəbələ”) – “Neftçi”nin 0:8 hesabı ilə “Qəbələ”yə rüsvayçı məğlubiyyətində Qriqorçukun komandasında 3 qolun müəllifi Dabo oldu. Bu həm də 2016/2017 mövsümünün ilk “het-trik”i oldu. Millimizin də şərəfini qoruyan Ruslan Qurbanov isə sabiq komandasının qapısına 2 dəfə yol tapa bildi.

Rahid Əmirquliyev (“Qarabağ”) – “Zirə” ilə görüşdə əsas heyətin bir neçə oyunçusu olmadan mübarizə aparan “Qarabağ”da millidə də liderlik funksiyasını yerinə yetirmiş Rahid Əmirquliyev vurduğu iki qolla diqqət mərkəzinə düşdü.

Rauf Əliyev (“İnter”) – 5-ci turda “İnter” “Neftçi”ni qəbul edirdi. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Araz Abdullayev penaltidən fərqlənərək “Neftçi”ni hesabda önə çıxardı. Lakin Rauf Əliyev sona 3 dəqiqə qalmış vurduğu 2 qolla “ağ-qaralar”ın nəinki qələbəsini, hətta 1 xalını da əlindən aldı.

Teo Uiks (“Qəbələ”) – “Qəbələ”nin uğurlu transferlərindən olan Uiks Zirədə eyni adlı komanda ilə görüşün hər hissəsində bir qol vuraraq komandasına 3 xal qazandırdı.

Sergey Zenyov (“Qəbələ”) – “Qəbələ”də növbəti dubl Zenyovun adı ilə bağlıdı. Estoniyalı futbolçu “Neftçi” ilə görüşdə (4:1) iki qol vuraraq komandasının qələbəsində böyük rol oynadı.

Zeynovun 10-cu turdakı dublu hələlik cari mövsümdə son oldu.

İdmanxeber.com

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyləşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right