Liderlərə "Sumqayıt" nümunəsi, hakimlər "İnter"i necə "yıxır"? Layihə

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümündə fasilə yaranıb.

Newsport.az-ın məlumatına görə, 14-cü turdan sonra Premyer Liqada qış fasiləsi yaranıb.

Cari mövsümün geridə qalan daha bir maraqlı statistik göstəricisi ilə sizi yaxından tanış edirik:

56 oyun, 224 sarı + 12 qırmızı vərəqə

14 turdan sonra ümumilikdə hakimlər baş tutan 56 oyunda futbolçulara 224 sarı vərəqə göstərib. 14 turdan sonra qırmızı vərəqələrin sayı isə 12-di.

Ən çox sarı kartla futbolçuları cəzalandırılan komandaların siyahısına "İnter" başçılıq edir. "Bankirlər"də bu göstərici 45-ə bərabərdi. İkinci pillədə "Zirə", 3-cü yerdə isə AZAL qərarlaşıb.

Ən azı sarı kartla cəzalanan futbolçular "Sumqayıt" və "Qarabağ"da cəmləşib - 18 sarı vərəqə.

"Sumqayıt" və "Zirə" 14 turdan sonra futbolçusu qırmızı vərəqə görməyən yeganə komandadır.

Ümumilikdə isə siyahı aşağıdakı kimidi:

“İnter” – 45 sarı vərəqə + 1 qırmızı vərəqə

“Zirə” – 36  sarı vərəqə

AZAL – 32  sarı vərəqə + 3 qırmızı vərəqə

“Qəbələ” – 31  sarı vərəqə + 1 qırmızı vərəqə

“Kəpəz” – 25  sarı vərəqə + 3 qırmızı vərəqə

“Neftçi” – 19  sarı vərəqə + 3 qırmızı vərəqə

“Qarabağ” – 18  sarı vərəqə + 1 qırmızı vərəqə

“Sumqayıt” – 18  sarı vərəqə

Sonda maraq üçün qeyd edək ki, ən çox sarı vərəqəyə məruz qalan futbolçu "İnter"in təcrübəli müdafiəçisi Zurab Xizanaşvilidi. "Neftçi"nin müdafiəçisi Jayro Rodriges isə ən çox qırmızı vərəqə alan futbolçudu.

İdmanxeber.com

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right