Futbolumuzdakı ən böyük problemi kim və necə həll edir? (LAYİHƏ, I HİSSƏ)

Ölkə futbolunda azarkeş problemi hələ də qalmaqdadı. Baxmayaraq ki, geridə qoyduğumuz illərə nəzər salanda milli və klub səviyyəsində 2016-cı ildə daha yaxşı nəticələr əldə etmişik. Lakin bu nəticələr belə Premyer Liqa oyunlarında tribunaların dolmasına təsir edə bilmir. O zaman bu problemi aradan qaldırmaq yönündə klublar hansı yollara əl atır və nə kimi planları var...?

Premyer Liqada çıxış edən klubların mətbuat xidmətinin rəhbərlərinə 4 sualla müraciət etdik.

Alınan cavablarla sizi tanış edirik:

"Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırısz?

Bizim azarkeş cəhətdən problemimiz yoxdu. 1300 azarkeş tutumlu stadionumuz var ki, hər oyunda da dolur. Buna keçirilən oyunların protokoluna baxmaqla da görə bilərsiniz. Sumqayıt 350 minlik şəhərdi. Bu şəhər daim klubumuzun yanındadı.

2. Konkret olaraq 2016-cı ildə hansı addımlar atılıb?

2016-cı ildə elə bir şey olmayıb. Ancaq ümumi olaraq yeni yaranandan aksiyalar keçirirdik şəhərdə. O indi də mövcuddur. Rəsmi fan-kluba üzv olanlara üzvlük kartı və orginal forma veririk. Əvvəllər müəyyən işlər aparırdıq fəllarla. Telefon hədiyyə verirdik və s...

3. Bes o zaman azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansl marketoloji tədqiqat aparmısız?

Bizdə yaş həddi ortalamadı. Akademiyadan uşaqları stadiona məcbur gətirmirik ki, stadion dolsun.

4. Azarkeşlərə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Biz hər zaman marketinq cəhətdən seçilmişik. Müəyyən aksiyalar, tədbirlər və s… Bizim 350 minlik şəhər üçün 13 minlik stadion azdır. Qısacası havadan və rəqibdən asılı olmayaraq azarkeşlər bağlı problemimiz yoxdur.

"Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırısz?

"Kəpəz" son iki çempionat matçında rekordları yeniləyir. Bu fanatların komandanı necə sevdiyini təcəssüm edir.

Bu yöndə işlər görülüb və görülür də... Məsələn yerli TV və radioda komandanın oyunları haqda məlumat, elanlar verilir. Şəhərə vurulan afişalar öz yerində. Bundan başqa fan-klublarla iş aparılır. Cari mövsümün əvvəlində futbol camiyəsi arasınd a böyük azarkeş kimi tanınan Elmar Əliyev klubda işə götürülüb. Bu yöndə səylərimizi davam etdiririk. Gəncə azarkeşini tribunaya qaytaran əsas amil nəticə ola bilər. Yeni stadionu bütün oyunlarda tam doldurmaq üçün "Kəpəz"in mükafatlara oynaması şərtdi.

2. Konkret olaraq 2016-cı ildə hansı işlər görülüb?

Yuxarıda sadaladığımız kimi azarkeşlərə daha yaıxn olan Elmar Əliyev işə götürülüb. E.Əliyev fan-klublarla iş üzrə əlaqələndirici vəzifəsini cira edir.

3. Bəs o zaman azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansl marketoloji tədqiqat aparmısız?

Doğrusu bizim oyunları müxtəlif təbəqədən olan insanlar izləyir. Tələbə də, müəllim də, fəhlə də, məmur da... Gəncə stadionunda uşaq, yeniyitmə gənc, yaşlı azarkeş də görmək mümkündü.

4. Son olaraq azarkeşlərinizə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Sual cavabsız qaldı...

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırsız?

"Neftçi" ən çətin günlərdə də azarkeşlərin dəstəyini hiss edib. Bu gün də belədi. Komanda istənilən oyunu sərgiləməsə də azarkeşlərimiz bizi tək qoymur. Onlarla tez-tez görüşürük. Heyətlə bağlı problemlərin olduğunu onlar da bilir. Bununla belə nəticə tələb etmək onların haqqıdır. İdman nəticələrini yaxşılaşdırdıqdan sonra digər layihələri də həyata keçirəcəyik. Hazırda rəhbərlik bütün diqqətini komandaya yönəldib".

2. Konkret olaraq bu il - 2016-cıə ildə hansı işlər görülüb?

Bildiyiniz kimi azarkeşlər üçün "Neftçi" Kart layihəsi uğurla həyata keçirildi, "Stadium tour"lar təşkil etdik, görüşlər mütəmadi davam etdirilir. Hazırda isə dediyim kimi əsas məqsəd idman nəticələrinin yaxşılaşdırılmasıdır.

3. Azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansl marketoloji tədqiqat aparmısız?

Elə "Neftçi" kart layihəsinin icrası zamanı azarkeşlərin haqqında məlumatlar bizdə toplanmışdı

4. Son olaraq azarkeşlərinizə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Biz onlarla yaxınıq. Nəticələrimiz də düzələndən sonra digər layihələr barədə düşünmək olar

"İnter" klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov:

1. Klub olaraq azarkeşlərin sayını artırmaq baxımından hansı addımları atırsız?

Hər gün bu barədə söhbət edirik. Turnirlər, tədbirlər və s... Nə fayda?

2. Konkret olaraq bu il - 2016-cı ildə hansı işlər görülüb?

Sosial şəbəkələrdə arakşelərə oyunlara geynmələri üçün mayka paylanılıb, bayraqlar hazırlanıb və s... Ancaq azarkeş sayı daha çox düşündürür bizi. Bu yöndə fəallaşmağı düşünürük. Doğrudu, çətindi, ancaq yənə çalışırıq.

3. Azarkeşlərinizin yaş, cins, sinif, peşə tərkibini öyrənmək baxımından hansl marketoloji tədqiqat aparmısız?

Bununla bağlı hər hansı bir araşdırma aparmamışıq. Hazırda azarkelərimizin orta yaş həddi 18 olar.

4. Son olaraq azarkeşlərinizə yaxınlaşmaq, onlarla bütünləşmək yolunda hansı ideyalarınız var?

Planlarımız çoxdu, bizim azsaylı, amma sədaqətli və eyni zamanda mehriban azarkeş kütləmiz var. Onlarla mütəmadi olaraq görüşürük. Bəzi planlarımız var, çalışırıq ki, stadionlarımıza daha çox azarkeş gəlsin. (ARDI VAR)

Səxavət QURBANOV

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right