Ruslan Varansov : "Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir"

Azərbaycan çempionatının VIII turunda "Şəmkir” öz meydanında MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşına oyundan sonra "Şəmkir”in futbolçusu Ruslan Varansov bunları deyib: 

"Matçın çətin keçəcəyini bilirdik. Ona görə də əvvəlcədən yaxşı hazırlaşmışdıq. Komandada da yaxşı motivasiya var idi. Düşünürəm ki, layiq olduğumuz qələbəni qazandıq. MOİK yaxşı komandadır. Özünüz də gördüz ki, azlıqda qalsalar da pis oynamadılar. Amma "Şəmkir" 1-ci Divizionun ən yaxşı klublarından biridir. Biz meydana ancaq qələbə üçün çıxırıq. Çünki əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Növbəti oyunumuz səfərdə "Qaradağ" Lökbatanla olacaq. Amma sarı kart limitim olduğu üçün mən və kapitanımız Qeyret Qenberov bu matçda iştirak ede bilmeyeceyik. Üzüldüyüm tək şey budur. Çünki bu matçda meydanda olub komandama kömək etmək istəyirdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right