“Şəmkir” MOİK-i məğlub etdi YENİLƏNİB

1-ci divizionun 8-ci turunun “Şəmkir” – MOİK oyunu başa çatıb.

Newsport.az-ın məlumatına görə, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən görüşün 35-ci dəqiqədə qonaqların qapısı önündə qarışıqlıq yaranıb. Bundan maksimum istifadə edən Ruslan Voronsovun ötürməsindən sonra Şahin Belacani boş qapını nişan alıb – 1:0. Bundan sonra MOİK-in futbolçuları daha aqressiv, hətta kobud oynamağa başlayıb. Nəticədə Bəhruz Teymurov 2-ci sarı vərəqəni alaraq meydanda azlıqda qalıb.Oyun elə bu hesabla başa çatıb.

1-ci divizionun 8-ci tur

 

14:00. “Şəmkir” – MOİK 1-0

Qol:Şahin Belacani 35

Qırmızı vərəqə: Müşfiq Teymurov, 38

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Namiq Qasımov
Şəmkir Olimpiya Kompleksinin stadionu, 14:00

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right