Güləş yığmamız dünya çempionatında ikinci oldu

Makedoniyada keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb. 
Newsport.az-ın məlumatına görə, Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən çempionatda Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüblər.
Sərbəst və yunan-Roma güləş növləri üzrə yarışlarda iştirak edən idmançılarımız 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right