Yunan-Roma yığmamız dünya ikincisi oldu

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, İlk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza 46 kq-da mübarizə aparan Fail İsgəndərov qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıb. 

Komanda hesabında 63 xal toplayan yığmamız Dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right