Yeniyetmələrin Dünya çempionatina bu heyətlə yollanır

13-18 sentyabr 2016-cı il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı keçiriləcək. 

Newsport.az-ın məlumatına görəYunan-Roma güləşi yığmamız böyük məşqçi Bəhrəm Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Zaur Əliyev (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev (50 kq), Elnur Musayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Cavid Miralayev (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadı (85 kq) və Əli Əminzadə (100 kq) yer alıb. 

Sentyabrın 15-16-da yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Şahanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Alina Zakoyeva (46 kq), Jalə Əliyeva (49 kq), Adelina Mirzəyeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempionata yollanacaq. 

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi Mahir Məmmədzadə (42 kq), Ramiz Həsənov (46 kq), Əsgər Məmmədəliyev (50 kq), Turan Bayramov (54 kq), Daur Psardiya (58 kq), İnal Jopua (63 kq), Abakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right