Güləşçimiz dünya üçüncüsü oldu

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, beşinci yarış günündə 50, 60, 74 və 96 çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə Ukrayna, Peru və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda ABŞ idmançısına uduzub. 

Bürünc medal görüşünə haqq qazanan güləşçimiz Türkiyə idmançısı ilə qarşılaşıb. Görüşü qələbə ilə tamamlayan Əliabbas Rzazadə Dünya çempionatının bürünc medalını qazanıb. 

74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov Ermənistan, Latviya və Misirdən olan rəqiblərini üstələyib. Yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub. 

Bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz hesabda öndə olduğu halda ani bir səhv nəticəsində qələbəni əldən verib və çempionatı 5-ci sırada tamamlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right