Rio-2016-da daha iki "gümüş" YENİLƏNİB

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Newsport.az-ın məlumatına görə, güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

65 kq

London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının qalibi olan Toğrul Əsgərov yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Rəqibini 12:2 hesabı ilə - vaxtından əvvəl məğlub edən Əsgərov 1/4 finala yüksəlib. 

Bu mərhələdə Əsgərov ABŞ təmsilçisi Frenk Molinaro ilə qarşılaşıb. Amerikalı rəqibini vaxtından əvvəl  - 10:0 hesabı ilə məğlub edən Əsgərov yarımfinala yüksəlib. 

Finala gedən yolda olimpiya çempionumuz italiyalı Frank Çamiso ilə üz-üzə gəlib. Bu dəfə 7:4 hesabı ilə qələbə qazanan olimpiya çempionumuz finala vəsiqə qazanıb. 

Əsgərov həlledici görüşdə  rusiyalı Soslan Ramonova uduzaraq (0:10) gümüş medal qazanıb.


97 kq

Xetaq Qazyumov mübarizəyə 1/16 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Baran olub. 3:0 hesablı qələbə qazanan Qazyumov 1/8 finala adlayıb. 

Bu mərhələdə onun rəqibi iranlı Reza Yazdani olub. Güləşçimiz rəqibini 2:1 hesabı ilə məğlub etməklə 1/4 finala yüksəlib. 

Bu dəfə güləşçimizin rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Rəqibini 10:3 hesabı ilə məğlub edən Qazyumov adını yarımfinala yazdırıb. 

Finala gedən yolda Qazyumov ukraynalı Valeri Andreyçevlə qarşılaşıb. 11:0 hesablı - vaxtından əvvəl qələbə qazanan güləşçimiz finala yüksəlib. 

Həlledici görüşdə güləşçimiz amerikalı Kayl Snayderə 1:2 hesabı ilə uduzub. Beləliklə, Toğrul Əsgərov kimi Xetaq Qazyumov da Rio olimpiadasında gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right