Rio-2016: Olimpiya çempionumuz bu dəfə bürünc qazandı YENİLƏNİB

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Newsport.az-ın məlumatına görə, güləş yarışlarının yeddinci günündə 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. 

Sərbəst güləş

86 kq 


Şərif Şərifov turnirə 1/8 finaldan start verib. London Olimpiadasının qızıl mükafatçısının ilk rəqibi Şenqfenq Bi (Çin) olub. Güləşçimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb - 10:0.

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparıb. Bu dəfə 7:0 hesabı ilə qalib gələn Şərifov yarımfinala yüksəlib. 

Güləşçimiz final uğrunda görüşdə dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayevlə (Rusiya) qarşılaşıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirib.

Sonuncü görüşündə güləşçimiz venesuellalı Pedro Sebalosla üz-üzə gəlib Rəqibini məğlub edən Şərifov Rioda ölkəmizə növbəti bürünc medalı qazandırıb. Bununla da Şərifov ardıcıl ikinci dəfə olimpiadada medal qazanıb. Londonda birinci olan güləşçimiz, Rioda üçüncü yerlə kifayətlənib.

125 kq 

Digər güləşçimiz Cəmaləddin Məhəmmədov turnirə 1/8 finaldan başlayıb. O, bu mərhələdə İvaylov Dlaqnevi (ABŞ) ilə qarşılaşıb və rəqibinə 5:6 hesabı ilə uduzub. İvaylov Dlaqnevi finala qədər irəliləyə bilmədiyi üçün C.Məhəmmədov mübarizəni dayandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right