"Rövşən Bayramovun da məğlubiyyətində hakimlərin rolu çox oldu" - Cəbrayıl Həsənov

Ölkəmizin medal daxılına sərbəst üsul pəhləvanlarımızdan Cəbrayıl Həsənov daha bir bürünc medal əlavə etdi.

Newsport.az-ın məlumatına görə, son görüşün ardından o, bəzi sualları cavablandırıb:

- Təbrik edirik. İkinci olimpiadanda ilk medalını əldə etdin. Artıq olimpiya təcrübən var. Səncə, olimpiadada bəxtin rolu nə qədərdir.
- Doğrudur, bu mənim ikinci olimpiadamdır. Birincidə medalı, belə demək mümkündürsə, əldən qaçırdım. Ümumiyyətlə, burada hazırlıqla, güclə yanaşı, şans da az rol oynamır. Dünya və Avropa çempionatlarından əsas fərqi də bundadır. Bu yarışlara hər kəs son ümid yeri, parlayacağı an kimi baxır. Ona görə də belə olur. Açığı, bir az da hakimlər ədalətsizlik etdilər. İnşallah, çalışarıq bundan sonra daha yaxşı çıxış edək.

- Hakimlərdən narazılığın var və təbiidir. Sənin məğlubiyyətində bunun psixoloji təsiri nə qədər oldu?
- 4:0 hesabı ilə qalib gəlirdim. Bir az özümə arxayın idim. Lakin hakimlər görüşü çox saxladılar və bir az soyudum, bir az həyəcandan, bir az boş dayanmaqdan yarış tonusumu itirdim. Amma bununla belə, hesab 6:4 xeyrimə olmalı idi. Ancaq hakimlər 5:4 etdilər, özü də onun xeyrinə. Rəqibim 3-4 dəqiqə istirahət etdi və özünə gələrək, psixoloji cəhətdən özünü toparladı. Məncə, Rövşən Bayramovun da məğlubiyyətində hakimlərin rolu çox oldu. Onlar rəqibə xəbərdarlıq verməli idilər. Lakin nədənsə güzəştə getdilər.

- İstənilən halda, əldə etdiyin medal da nailiyyətdir. Amma son görüşün lap əvvəlində belə təəssürat var idi ki, yenə medalı əldən verəcəksən.
- Bəli, bir az ruhdan düşmüşdüm. Lakin məşqçilər lazımi psixoloji dəstəyi verə bilib, məni ruhlandırdılar. Nə gizlədim, 4 il əvvəl də belə olmuşdu. Bakıya qayıdanda, hərəkətimə görə peşman oldum da. Haradasa həmin olimpiadanın acı xatirələri mənə enerji, güc-qüvvət verdi. Axı, bürünc də olimpiya oyunları üçün heç də pis nəticə sayılmamalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right