Rio-2016: qadın güləşçilərimiz komanda hesabında dördüncü oldu FOTO

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Newsport.az-ın məlumatına görəyarışların 4-cü və 5-ci günündə qadın güləşçilər arasında qaliblər müəyyənləşib. 3 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 1 gümüş və 1 bürünc medalla başa vurub. Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı beşinci sırada tamamlayıb. 

Medal sıralamasına görə yığmamız 6-cı sırada qərarlaşıb. İlk sıranı 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.  

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız dördüncü yeri tutub. Komanda hesabında 23 xal toplayan yığmamız, Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.  

Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 5-ə çatdırıb. Bunlardan 2-si gümüş, 3-ü bürünc əyarlıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right