Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı FOTOLAR

 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Newsport.az-ın məlumatına görə, güləş yarışlarının üçüncü günündə 66 və 98 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib.

66 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Kubadan Miguel Martinezi, ardınca Rusiya idmançısı, Olimpiya çempionu İslam-Beka Albiyevi və Əlcəzairdən olan rəqibi Tarek Azizi mübarizədən kənarlaşdırıb yarımfinala yüksəlib. Gərgin keçən yarımfinal görüşünü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə son Dünya çempionatının gümüş medalçısı Koreyadan Hansu Ryu üzərində vaxtından əvvəl qələbə qazanıb və Rio Olimpiadasının bürünc medalına sahib olub. 

Bununla da Rio Olimpiadasında yunan-Roma güləşi yarışlarına yekun vurulub. 5 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 2 bürünc medalla başa vurub. Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) fərqlənib. Rövşən Bayramov isə Olimpiadanı beşinci sırada tamamlayıb. 

66 kq 
Bürünc medal görüşü - Hansu Ryu (KOR) - Rəsul Çunayev 0:8
1/2 final - Miqran Arutunyan (ARM) - Rəsul Çunayev 4:1
1/4 final - Tarek Aziz Benaissa (ALG) - Rəsul Çunayev 2:10
1/8 final - İslam-beka Albiyev (RUS) - Rəsul Çunayev 2:3
1/16 final - Miguel Martinez Palacio (CUB) - Rəsul Çunayev 2:4





























Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right