Rio-2016: güləşçilərimiz üçün bürünc medal şansı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, daha iki idmançımız - iranlı legionerlər Saman Təhmasibi və Sabah Şəriəti mübarizəyə başlayıb.
 
85 kq çəki dərəcəsində Yunan-Roma güləşçimiz Saman  Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılacaq.
 
İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olacaq. Bu mübarizə saat 23:05-də start götürəcək.

 

Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edib. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olub. Rəqibinə 8:2 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. O, bu mərhələdə türkiyəli Rıza Kayaalpla qarşılaşıb və adlı-sanlı rəqibinə  0:5 hesablı ilə məğlub olub. R.Kayaalp  finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşlərə qatılacaq. Bu gün saat 23:45-də başlanacaq qarşılaşmada onun rəqibi venesuelalı Ervin Xose Kabalyero Kabrera olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right