Rio-2016: Rövşən Bayramov bürüncü də əldən verdi

Rio Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Newsport.az-ın məlumatına görə, 59 kq-da Yunan-Roma güləşində Rövşən Bayramov 1/8 finalda venesuellalı Rayber Xose Rodrigeslə qarşılaşıb. Rəqibini 8:0 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala adlayıb.

Bayramovun ikinci rəqibi ABŞ təmsilçisi Cessi Tilke olub. Rəqibinə vaxtından əvvəl qalib gələn Bayramov yarımfinala vəsiqə qazanıb. 

Yarımfinalda idmançımız yapon güləşçi Ota Şinobuya məğlub olub.
 
Finaldan kənarda qalsa da, Bayramovun bürünc medal qazanmaq şansı var idi. Bunun üçün güləşçimiz norveçli Stinq Andre Berqə qalib gəlməliydi. 

Lakin norveçli rəqibinə uduzan Bayramov medal qazana bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right