YAÇ-2015: Zaur Nuriyev və Ülvi Qənizadə bürünc medal qazandı YENİLƏNİB

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəbeşinci yarış günündə 42, 50, 58, 63 və 76 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla tamamlayıb. 

42 kq-da mübarizə aparan Azər Muxtarlı ilk görüşdə Ukrayna təmsilçisinə qalib gəlsə də növbəti görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Polşa təmsilçisindən üstün olan Azər gərgin keçən son görüşdə daha bir Rusiya təmsilçisinə uduzub və çempionatı beşinci sırada tamamlayıb.  

50 kq-da yarışan Zaur Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Almaniya və Belarusdan olan rəqiblərini məğlub edən güləşçimiz növbəti görüşdə Gürcüstan idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə Rusiyadan olan rəqibinə şans verməyən Zaur həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.  

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə yarımfinala qədər inamlı təsir bağışlayıb. Finlandiya, Xorvatiya və Belarusdan olan rəqiblərini tam üstünlüklə, rəqiblərinə bir xal vermədən mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda uduzub. Bürünc medal uğrunda görüşdə Ülvinin rəqibi Rusiya idmançısı olub. Tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.  

42 kq
Bürünc medal görüşü - Azər Muxtarlı - Huseyin Raxmonov (RUS) 6:7
Təsəlliverici görüş - Kamil Czarnecki (POL) - Azər Muxtarlı 2:10
1/4 final - Azər Muxtarlı - Anvar Allaxyarov (RUS) 1:10
1/8 final - Azər Muxtarlı - Danilo Tsimbal (UKR) 11:2

50 kq
Bürünc medal görüşü - Zaur Nuriyev - Ruslan Gadjiev (RUS) 6:0
Təsəlliverici görüş - Abu Muslim Amaev (RUS) - Zaur Nuriyev 0:8
1/4 final - Zaur Nuriyev - Giorgi Şotadze (GEO) 4:6
1/8 final - Zaur Nuriyev - Aliaksandr Peçurenka (BLR) 9:1
1/16 final - Zaur Nuriyev - Steven Ecker (GER) 8:0

58 kq
1/16 - Nikalas Petrov Sulev (BUL) - Cavidan Cavadov 3:1
1/32 final - Cavidan Cavadov - David Borecki (CRO) 10:2

69 kq
Bürünc medal görüşü - Lom-Ali Addiev (RUS) - Ülvi Qənizadə 0:8
1/2 final - Ülvi Qənizadə - Malxas Amoyan 0:4
1/4 final - Ülvi Qənizadə - Martun Badalian (BLR) 8:0
1/8 final - Ülvi Qənizafə - Pavel Puklavec (CRO) 9:0
1/16 final - Şirxan Quliyev - Lom-Ali Addiev (RUS) 0:7
1/16 final - Ülvi Qənizadə - Eemeli Ketonen (FİN)  8:0

85 kq
1/4 final - Tehran Əminzadə - Giorgi Katsanaşvili 3:6
1/8 final - Tehran Əminzadə - Mihalio Andric (SWE) 7:3
1/16 final - Tehran Əminzadə - Vladislav Bejuc (MDA) 6:0

 






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right