YAÇ-2016: Jalə Əliyeva gümüş medala yiyələnib YENİLƏNİB

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Newsport.az-n məlumatına görə, Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.  

49 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva ilk görüşdə komanda yoldaşı ilə görüşdən qalib ayrılıb. Ardınca Türkiyə, Rusiya və Ukraynadan olan rəqiblərinə qarşı əzmkar mübarizə nümayiş etdirən güləşçimiz finala yüksəlib. Final görüşündə Jalə Almaniyadan olan idmançı ilə gərgin keçən görüşü bərabərə bitirib. Ancaq xalların keyfiyyətinə görə rəqib üstün olub. Güləşçimiz gümüş medala yiyələnib. 

 

38 kq 
1/4 final - Şahanə Nəzərova - Zehra Demirhan (TUR) 0:5

43 kq 
1/8 final - Aynur Camalova - Stefania-Claudia Priceputu (ROM) 0:4

49 kq 
FİNAL - Emilie Haase (GER) - Jalə Əliyeva 16*:16
Təsəlliverici görüş - Alina Zokoeva - Olga Gurova (RUS) 2:8
Təsəlliverici görüş - Alina Zokoeva - Zeynep Yetgil (TUR) 3:0
1/2 final - Veronika Ryabovova (UKR) - Jalə Əliyeva 11:14
1/4 final - Olga Gurova (RUS) - Jalə Əliyeva 4:6 tuşe (104 san.)
1/8 final - Jalə Əliyeva - Zeynep Yetgil (TUR) 12:6
1/16 final - Alina Zokoeva - Jalə Əliyeva 0:4 (35 san.)

56 kq 
Təsəlliverici görüş - Ceyla Nağızadə - Oksana Çudik (UKR) 1:2
1/16 final - Ceyla Nağızadə - Alina Akobiia (UKR) 1:8






   
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right