Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “wtt youth contender Tbilisi ” turnirində bütün rəqiblərini üstələyərək, yarışın baş mükafatına layiq görülüb.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə milli komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı, həlledici görüşə çıxacaq.

Yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right