Azərbaycanlı şahmatçı dünya birinciliyində “gümüş” qazanıb

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Newsport.az-a verilən məlumatına görə, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Şahmatçılar sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right