Dünya çempionatı: Sərbəst güləşçilərimizin ilk rəqibləri bilindi

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.

57 kq

Təsnifat. Əliabbas Rzazadə - Kim Sonqvon (Cənubi Koreya)

61 kq

1/8 final. İslam Bazarqanov - Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi

65 kq

1/8 final. Hacı Əliyev - Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) cütünün qalibi

70 kq

Təsnifat. Coşqun Əzimov - Temulen Enktuya (Monqolustan)

74 kq

1/16 final. Turan Bayramov - Miroslav Kirov (Bolqarıstan)

79 kq

1/16 final. Əşrəf Aşırov - Erik Reinbok (Estoniya)

86 kq

Təsnifat. Abubakr Abakarov - Həsən Zəkəriyev (Ukrayna)

92 kq

1/8 final. Osman Nurməhəmmədov - Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi

97 kq

1/8 final. Maqomedxan Maqomedov - Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi

125 kq

Təsnifat. Aydın Əhmədov - Den Çjivey (Çin)

Qeyd edək ki, dünya çempionatında sərbəst güləş yarışları sentyabrın 15-də start götürəcək. İlk gündə Əzimov, Aşırov, Abakarov və Əhmədov mübarizə aparacaq. Sentyabrın 16-da Rzazadə, Bayramov və Nurməhəmmədov, 1 gün sonra isə Bazarqanov, Əliyev və Maqomedov xalça üzərinə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right