Zabit Səmədov: "Sonuncu döyüşün məsuliyyəti böyükdur"

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida döyüş gecəsindən əvvəl mətbuat konfransı təşkil olundu.

Newsport.az-ın məlumatına görə, Səmədov jurnalistlərin suallarını cavablandırıb.

- Antonionun hansı güclü cəhətləri var?
- Bunu açıqlamaq düzgün deyil. Sirr saxlayırıq. Zəif və güclü tərəflərini bilirik. Hər şeyi rinqdə göstərəcəyik.

- Karyeranızı bitirəndən sonra fəaliyyətinizi necə davam etdirəcəksiz?
- Artıq 38 yaşım var. Film sektorunda davam etmək fikrim var. Bir layihəmiz olacaq, vətən mövzusunda filmdir. Döyüşdən sonra açıqlayacağam.

- İlk döyüş və son döyüş. Hissləriniz necədir?
- İlk döyüşlərdə həyəcan var idi. Amma sonuncu döyüşün məsuliyyəti böyükdur. 2013-cu ildən yenilmirəm. İstəyirəm ki, qələbə ilə bitirim karyeramı.

- Hər ikiniz güclü döyüşçüsüz. Əgər məğlub olsanız, revanş döyüşü keçirəcəksiz?
- Bu döyüşdə mütləq qələbə qazanacağam. Mən 3-4 il əvvəl Silvaya döyüş təklif etmişdim. Həmin vaxt alınmamışdı. O, simpatiyam olan idmançıdır.

Zabit Səmədov sabiq UFC döyüşçüsü olan Antonio Silva ilə vida döyüşü sentyabrın 10-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right