İslamiada: Azərbaycan millisi çempion oldu

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də İslamiadanın qalibi olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right