Azərbaycan yığması Türkiyəyə yollandı

Karate üzrə milli komandamız Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün qardaş ölkəyə yollanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçilər Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), o cümlədən İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (68+ kq) müşayiət edəcək.

​Kata üzrə isə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərov, Zəhra Qurbanzadəni, komanda kata çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti idarə edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızla bir yerdə olacaq.

​Konyada V İslam Həmrəylik Oyunlarının karate yarışları 17-18 Avqust tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right