Trek velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bilindi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub.

Newsport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Respublika Velotrekindəki turnirdə bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb.

Qızlar arasında QİT-500 m yarışında Ayan Xankişiyeva, gənc oğlanlar arasında QİT-1000 m yarışında Hüseyn Nərimanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında QİT-1000 m yarışında Musa Mikayılzadə, qızlar arasında 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 72 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə Viktoriya Sidorenko, gənc oğlanlar arasında 3 km məsafəyə fərdi ötüşmədə Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 3 km məsafəyə fərdi ötüşmədə Musa Mikayılzadə, qızlar arasında çıxmaqla qrup ötüşməsində Ayan Xankişiyeva, gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında çıxmaqla qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 7,5 km məsafəyə skretç növü üzrə yarışda Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 10 km məsafəyə skretç növü üzrə yarışda Musa Mikayılzadə, qızlar arasında sprint növü üzrə yarışda Viktoriya Sidorenko və U-23/Elit yaş kateqoriyasında kişilər arasında sprint növü üzrə yarışda Musa Mikayılzadə birinci yerə layiq görülüb.

Mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər.

Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right