Bakıda uduzan idmançı: “Bir qrup rüşvətxor və korrupsioner…”

İtaliyalı sərbəst güləşçi Frank Çamizo Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki hakimlikdən narazılıq bildirib.

Newsport.az xəbər verir ki, ikiqat dünya və dördqat Avropa çempionu bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.

74 kq çəki dərəcəsində çıxış edən Çamizo yarışın yarımfinalında Azərbaycan təmsilçisi Turan Bayramova məğlubiyyəti qısa şərh edib. O, hakimlər tərəfindən qəsdən uduzdurulduğunu iddia edib: “Bunu izləyənlərin hər birindən üzr istəyirəm. Mənim idmanım gözəldir. Onlar sadəcə bir qrup rüşvətxor və korrupsionerlərdir. Ürəyim kədərlə ağlayır”.

Qeyd edək ki, görüş 8:8 hesabı ilə yekunlaşıb, xalların keyfiyyətinə görə qalib elan olunan Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right