"Bu yarış karyeramda ən vacibi idi" - Hacı Əliyev

"Allaha çox şükürlər olsun. Bu qədər azarkeşin önündə məni məyus etmədi. Artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram".

Newsport.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən Olimpiya təsnifat turnirində Paris-2024-ə vəsiqə qazandığı görüşdən sonra deyib..

Üçqat dünya və dördqat Avropa çempionu bu Olimpiadanın onun üçün çox vacib olduğunu bildirib: "Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi. Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşallah, Parisdə qızıl medal qazanaram".

Xatırladaq ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Albaniya təmsilçisi İslam Dudayevə qalib gələrək, üçüncü dəfə olimpiadada iştirak hüququ qazanıb. O, Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right