Avropa Olimpiya Təsnifat turniri: Azərbaycan güləşçisi məğlub oldu

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

Newsport.az xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.

Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.

Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right