Sumqayıt səfərində çempionatın liderinə “soyuq duş”

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 16-cı turunun üçüncü oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, “Sumqayıt” yerli publika önündə çempionatın lideri “Xəzri” klubunu qəbul edib.

Oyuna fəal başlayan “Sumqayıt” sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar.

Ən məhsuldar basketbolçular “Sumqayıt”da Tay Rendal (25 xal, 9 ribaund), “Xəzri”də isə Cordan Perkins (21 xal, 7 ribaund) olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right