Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

Newsport.az xəbər verir ki, bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abasov təmsil edir.

O, ilk turda dünya vitse-çempionu Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Qalib 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right