Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

60 kq çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.

Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.

Qeyd edək ki, yığmamız Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right