FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Newsport.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç mövqe geriləyən Teymur Rəcəbov (2723) 28-ci ola bilib.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov "100-lük"dən kənardadır.

Siyahıda norveçli Maqnus Karlsen (2830) liderdir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) "üçlüy"ü qapayır.

Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right