"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazandı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə start verilib.

Newsport.az xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçuları iki medal əldə ediblər.

66 kq. çəkidə Ruslan Paşayev bürünc medal qazanıb. Ruslan üçüncü yer uğrunda mübarizədə italiyalı idmançı Matteo Pirası məğlub edib.

60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Balabəy Ağayev də bürünc medala sahib olub. Balabəy üçüncü yer uğrunda mübarizədə Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right